Ukraynanın müttəfiqləri öz dəstəklərində geri çəkilməməlidirlər.
Teleqraf.com "BBC"-yə istinadən xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps çıxış edib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı məğlub edə bilməz.
Şappsın sözlərinə görə, Putin Kiyevi “blef”lə almağa ümid edirdi, lakin Ukrayna xalqı buna imkan verməyəcək.