Almaniya Kansleri Olaf Şolz Türkiyənin paytaxtı Ankarada törədilən terror aktını qınayıb.
Teleqraf.com xəbər verir ki, Almaniya rəhbəri X sosial şəbəkəsində türk və alman dillərində paylaşım edib.
“Ankaranın mərkəzində baş verən hücumu şiddətlə qınayırıq. Biz türk tərəfdaşlarımızla həmrəyik”, - Şolz bildirib.
Dünən Türkiyə Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin önündə partlayış baş verib. Əraziyə gələn iki terrorçudan biri üzərindəki bombanı partladıb, digəri isə vurularaq zərərsizləşdirilib. Hücum cəhdi zamanı iki polis yaralanıb.