Hindistanda iki ayrı yanğın nəticəsində azı 11 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
Teleqraf.com xəbər verir ki, Mumbayın cənub-qərbindəki Maharaştra ştatının Qoreqaon bölgəsində çoxmərtəbəli binada güclü yanğın baş verib, nəticədə 7 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
Zərərçəkmişlərdən beşinin vəziyyətinin ağır olduğu, dörd nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldığı bildirilir.
Amritsar rayonunda əczaçılıq fabrikində baş verən digər yanğın isə 4 işçinin həyatına son qoyub.