7 Oktyabr 2023 08:43
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiyada yayılan vəba epidemiyası indiyədək 300-ə yaxın insanın həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

ÜST-nin Efiopiya ilə bağlı cümə günü açıqladığı son hesabata görə, 2022-ci il avqustun 27-dən bəri davam edən vəba epidemiyası ölkənin 10 bölgəsində 113 rayonu əhatə edib. Sənəddə deyilir ki, vəbadan ölənlərin sayı iyulun 12-də 172 nəfərdən oktyabrın 3-də 300 nəfərə yüksəlib, ölüm nisbəti 1,24 faiz təşkil edib. Hesabat dövründə vəba xəstələrinin sayı da 13118-dən 24197-yə yüksəlib.

Qeyd olunur ki, vəba ilə mübarizə sahəsində aparılan davamlı tədbirlər sayəsində ölkədə xəstəliyin yayılması nəzarət altına alınıb. Bununla belə, ÜST Efiopiyanın bəzi bölgələrində yoluxma hallarının yenidən artdığını görməkdən narahatdır.

Bu günə qədər ölkənin 54 rayonunda 6 milyondan çox sakin ən azı bir doza vəba peyvəndi alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər