Xəbər verdiyimiz kimi, bu gün HƏMAS İsrailə raket zərbələri ilə hücum edib.
Teleqraf.com xəbər verir ki, əməliyyatların davam etdiyi bölgələrdə isə böyük panika hökm sürür.
Belə ki, ölkəni tərk etmək üçün xeyli sayda israil vətəndaşı hava limanlarına axın edib.
Bu barədə sosial mediada görüntülər paylaşılıb.
Qeyd edək ki, HƏMAS “Əqsa tufanı” əməliyyatına başladıqlarını, 20 dəqiqədə Qəzzadan İsrailə 5 min raket atdıqlarını açıqlayıb.