8 Oktyabr 2023 23:13
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Əfqanıstanın qərbində baş vermiş zəlzələdə ölənləri sayı 2 400 -ü keçib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, yaralıların sayı 2000-dən artıqdır.

***

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb.

Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib.

Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb.

Eyni zamanda, “Taliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Abdulla Vahid Rayanın “Associated Press”ə dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.

***

09.58

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib.

***

09.24

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə AFP “Taliban” hökumətinin nümayəndəsinə istinadən bildirib.

***

Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.

Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.


Müəllif: Teleqraf.com