ABŞ prezidenti Cozef Bayden vitse-prezident olduğu vaxta (2008-2016 - Qeyd) aid analitik mərkəzində və evində məxfi sənədlərin saxlanması ilə bağlı aparılan istintaq çərçivəsində könüllü ifadə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Bayden xüsusi prokuror Robert Heyrun rəhbərlik etdiyi istintaq çərçivəsində ifadə verib. Sorğu iki gün ərzində könüllü olaraq aparılıb və bazar ertəsi başa çatıb.