10 Oktyabr 2023 15:53
7 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə münasibətlərini saxlayır, fələstinlilərlə çoxdan əlaqələrimiz mövcuddur, amma çoxlu sayda soydaşımızın yaşadığı İsraillə də əlaqələr var.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Fələstinə dəstək bəyanatını şərh edərkən deyib.

“Fələstinlilərlə tarixi əlaqələrimiz var, bunu davam etdiririk. Söhbət müxtəlif və yüksək səviyyəli təmaslardan gedir. Amma bizim İsraillə də münasibətlərimiz var. Həmin dövlətdə çoxlu soydaşlarımız yaşayır. Ona görə də bu halda biz münaqişənin hər iki tərəfi ilə münasibət saxlayırıq”, - Peskov bildirib.

Çeçenistan lideri bundan əvvəl çeçen xüsusi təyinatlılarını (“Axmat”) sülhməramlı qismində Fələstinə göndərməyə hazır olduğunu demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər