HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı mini keçib.
Teleqraf.com xəbər verir ki, bu haqda “Haaretz” nəşri məlumat yayıb.
İsrail Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada isə yaralananların sayının 2806-ya yüksəldiyi qeyd edilib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.