İranın İraqda dəstəklədiyi terrorçular ABŞ-ın müharibəyə müdaxilə edəcəyi təqdirdə Amerikanın Yaxın Şərqdəki bazalarına hücum edəcəkləri ilə hədələyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kətaib Hizbullah” terror təşkilatının lideri Əhməd əbu Hüseyn əl-Həmidavi açıqlama verib.
“Amerika döyüşlərə müdaxilə edərsə, raketlərimiz, pilotsuz təyyarələrimiz, xüsusi təyinatlılarımız onun bazalarında sarsıdıcı zərbələr endirməyə və onun maraqlarını pozmağa hazırdır", - Əl-Həmidavi bildirib.
O, həmçinin İsraili də hədələyib. Əl-Həmidavi iraqlıları HƏMAS-a dəstək nümayiş etdirməyə və ianə toplamağa çağırıb.