“Türkiyədə qaz qovşağı layihəsi birinci mərhələdə qazın Avropaya nəqli üçün elektron platformanın yaradılmasını nəzərdə tutur. Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs bu layihə ilə maraqlanır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında deyib.
Putin əlavə edib ki, Rusiya Federasiyası qovşağın yaradılmasında böyük problem görmür, çünki həm Türkiyə, həm də Rusiya bu layihədə maraqlıdır. Bundan başqa, Azərbaycan da qaz qovşağına maraq göstərir.
“Türkiyə maraqlıdır, biz də maraqlıyıq. Azərbaycanla danışdıq, o da maraq göstərir. Sonra iş qaydasına düşdükcə, ümid edirəm ki, belə də olacaq, digər maraqlı dövlətlərin də layihəyə qoşulacağını gözləyirik”, - deyə prezident fikrini yekunlaşdırıb.