12 Oktyabr 2023 15:48
3 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və İsrail İranı bombardman etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı senartor Lindi Qrem deyib.

Senator İranın infrastrukturuna qarşı birgə hərbi əməliyyat keçirməyə çağırıb.

“Əgər İsrailə qarşı müharibə qızışırsa, mən İranı ittiham edirəm. Onları xəbərdar etməyin vaxtıdır. Bədəlini ağır ödəyəcəklər. Düşünürəm ki, bunların hamısını edə bilərik. İranla müharibə olsaydı, biz qalib gələrdik”, - Qrem bildirib.

Siyasətçi İranın İsrailə hücum edən HƏMAS-ı dəstəklədiyini söyləyib:

“Əgər siz İranla HƏMAS və “Hizbullah”ın terror fəaliyyətləri arasında əlaqəni başa düşmürsünüzsə, çox şeyi nəzərdən qaçırırsınız”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər