16 Yanvar 2015 02:56
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk aeroportu uğrunda son 3 gün ərzində davam edən şiddətli döyüşlər yanvarın 16-a keçən gecə qismən səngiyib.

Ukrayna ordusu separatçıların intensiv hücumlarına baxmayaraq, aeroportu qoruyub saxlaya və döyüş mövqelərini möhkəmləndirə biliblər.

Teleqraf.com-un məlumatına görə, antiterror qüvvələri mövqe döyüşlərində irəliləyərək aeroportun ətrafını separatçılardan təmizləyiblər.

Nəticədə yaralılar döyüş meydanından çıxarılıb. Köməyə gələn yeni ordu qüvvələri isə azad edilmiş bölgələrə yerləşdirilib.

Nail Cəlil


Müəllif: