13 Oktyabr 2023 13:10
5 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı fövqəladə vəziyyətin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin Ağ Evin saytında dərc olunan sərəncamında deyilir.

“Suriyadakı vəziyyət, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqinə hərbi hücuma keçmək üzrə hərəkətləri İraq və Suriyada “İslam Dövləti”ni (İŞİD) məğlub etmək kampaniyasına zərbə vurur, mülki insanları riskə atır və sülhün, təhlükəsizliyin pozulması üçün əlavə risk yaradır”, - sərəncamda deyilir.

Türkiyə əleyhinə qondarma ittihamlarının davamında Bayden bu durumun ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün “təhlükə” yaratdığını da söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər