“ABŞ-ın İsrailə dəstək adı altında Yaxın Şərqə (Aralıq dənizinə) təyyarədaşıyan gəmi göndərməsi ciddi suallar yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Hərbi Dəniz Donanmasının kontr-admiralı Cihat Yaycı deyib.
“Soruşsanız ki, Türkiyə bir şey edəcəkmi? Yox. Türkiyə birinci onların (ərəb ölkələrinin) bunu etməsini gözləyəcək. Çünki Türkiyə bunu etsə, özünə zərər verə bilər. Türkiyə öz maraqlarını düşünəcək, Misirin “Rifah” qapısını bağladı, ardınca İordaniya. Türkiyə də öz maraqlarına uyğun hərəkət etməlidir. Ona görə də prezidentin (Rəcəb Tayyib Ərdoğan) açıqlamalarını məqsədəuyğun hesab edirəm. Hər iki tərəfi sülhə çağırır. Hər iki tərəfin etdikləri həqiqətən dəhşətlidir, dəhşətlidir. Bəs Türkiyə nəyin arxasında dayanacaq? HƏMAS İsrailə hücum edərkən Türkiyədən soruşmuşdu? Yox. Bunun əvəzini Türkiyə ödəyəcək? Yox. Mən türk hərbçisiyəm. 40 il bu formanı geyinmişəm. Türk əsgərinin genində uşaqlara, qadınlara, qocalara, dinc insanlara, günahsızlara hücum etmək, onları girov götürmək, canlı qalxan kimi istifadə etmək kimi bir şey yoxdur. Buna görə də mən həm İsraili, həm də HƏMAS-ı şiddətlə qınayıram”, - admiral bildirib.
Yaycının sözlərinə görə, məsələ Türkiyədə ölkənin maraqları kontekstində nəzərdən keçirilməlidir:
“Amerikanın iki təyyarədaşıyan gəmisi bölgəyə gəlir. Bu, 300-ə yaxın təyyarə deməkdir. 300-ə yaxın ən müasir təyyarə... HƏMAS-ın Qəzzada Hərbi Hava Qüvvələrimi var? İsrailin dəniz, hava və quru qüvvələri olduğu halda niyə Amerikanın iki təyyarədaşıyan gəmisi gəlir? Bu coğrafiyadakı dövlətlərin bu qədər təyyarəsi yoxdur, bu coğrafiyada elə bir dövlət yoxdur ki, bu keyfiyyətdə təyyarələri olsun”.
Admiralın iddiasına görə, İsrail Qəzza zolağını ya tamamilə, ya da bir hissəsini ələ keçirəcək, “Hizbullah”ın hücumunu əsas gətirərək Livandan torpaq alacaq:
“Suriyadan İsrailə artilleriya hücumu olduğu üçün Suriyanın cənubuna müdaxilə edəcək. İsrail bu durumdan böyüyərək çıxacaq. Yeri gəlmişkən, Suriyada Amerika qüvvələri varmı? Var. Amerika qüvvələrinin Suriyada olması üçün heç bir legitim səbəb yoxdur. Qanuna ziddir. Bəs “bizim müttəfiqimiz” adlandırılan ABŞ kimi dəstəkləyir? Suriyada PKK/YPG-ni dəstəkləyir, PKK/YPG onların müttəfiqidir. Məlum olmadımı ki, Daxili İşlər Nazirliyi önündə bu yaxınlarda terror aktını törədənlər Suriyadan gəliblər? Bu, onlara məlumdur. Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə hüququndan istifadə edərək terrorçuya və terrorçunu qidalandıran mənbələrə hücum etdi, hava zərbələri endirdi. BŞ buna etiraz etdi. Təkcə etiraz etmədi, PUA-larımızdan birini də vurdu”.
Yaycı vurğulayıb ki, ABŞ-ın PKK/YPG-dən əl çəkməyəcəyi göz önündədir:
“Pezidentimiz Suriyada hava əməliyyatlarının davam edəcəyini söylədi. PKK YPG-ni qorumaqda bu qədər israrlı olan və bunu PUA-mızı vuraraq nümayiş etdirən ABŞ nəhəng hava gücü ilə Türkiyənin hava əməliyyatlarının qarşısını ala bilərmi? Məsələ budur. PKK-YPG güclənə bilərmi? Sual budur. PKK-YPG-nin Suriyanın şimalında “İslam dövləti” qurması bu hava qüvvələrinin çətiri altında sürətləndirilə bilərmi? Türkiyənin gələcəkdə PKK-YPG terrorçularına qarşı hücumlarının və əməliyyatlarınının qarşısı alına bilərmi? Görəcəyik. Bu, uzaq ehtimal deyil. Dünən prezidentimiz dedi ki, hava əməliyyatları davam edəcək. Hava əməliyyatları davam edəcəyi halda, bunu etsələr, o zaman sualımıza cavab tapa biləcəyik. Bu, o demək olacaq ki, bu hava qüvvəsi əməliyyatlarımıza mane olmağa başlayıb. Eyni zamanda, PKK-YPG-nin himayə altında olması deməkdir”.