Səudiyyə Ərəbistanı İsraillə normallaşma prosesini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın AFP xəbər agentliyi məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bundan əvvəl beynəlxalq ictimaiyyəti Qəzzada dinc əhaliyə qarşı hücumların dayandırılması və humanitar fəlakətin qarşısının alınması üçün sürətli addımlar atmağa çağırıb.
“Səudiyyə Ərəbistanı Fələstin xalqının Qəzzadan zorla köçürülməsinə dair çağırışları qətiyyətlə rədd etdiyini təsdiqləyir və Qəzzada müdafiəsiz mülki əhalinin davamlı olaraq hədəfə alınmasını pisləyir”, - bəyanatda deyilir.