Fransada yaşadığı binada işçiləri “salamu aleykum” deyərək qarşılayan qadın qonşusunun şikayəti əsasında saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə saxlanılan qadının vəkili Nabil Boudi məlumat verib.
Vəkil bildirib ki, şikayət çərçivəsində bu gün səhər saatlarında saxlanılan qadın müvəkkili bir müddət sonra sərbəst buraxılıb.
O, müvəkkilinin niyə saxlandığına dair məlumat almaq üçün polisə müraciət edib. Polis “indiki kontekstdə heç bir risk etmək olmaz” cavabını verib.