İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqda 172 dinc sakini əsir götürüb.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, hadisə İraqın qərbindəki Anbar vilayətinin Fəllucə şəhərində baş verib. Rəsmilər əsirlərin taleyi ilə bağlı məlumatın olmadığını açıqlayıblar.
Şahidlər bu şəxslərin İraqda “Əl-Sahva” tərəfdarları olduğunu qeyd ediblər.
Samir