14 Oktyabr 2023 21:57
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ Türkiyənin Rusiyaya 27,5 milyard dollarlıq qaz borcu və onun restrukturizasiyası ilə bağlı danışıqların aparılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, bunu şirkət sosial media şəbəkələrdə bildirib.

"İctimaiyyət şirkətə milli və beynəlxalq arenada ziyan vurmaq, eləcə də onun brend kimi dəyərini azaltmaq üçün qəsdən yayılan bu cür xəbərlərə və ittihamlara etibar etməməlidir”, - açıqlamada qeyd olunur.

Bir müddət əvvəl Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirmişdi ki, Ankara Rusiyadan qaz üçün “daha ​​münasib qiymətlər” alacağını gözləyir və “Qazprom”la qarşılıqlı anlaşmaya ümid edir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər