Hindistanın qərbində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 23 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə PTI məlumat yayıb.
Hadisə bazar günü yerli vaxtla saat 00:30 radələrində (Bakı vaxtı ilə şənbə 23:00) Mumbaydan 350 km şərqdə, Çhatrapati Sambhajinaqar rayonunda baş verib.
Qeyd olunub ki, 35 sərnişini olan mikroavtobusun sürücüsü magistral yolda idarəetməni itirib, nəticədə avtomobil yol kənarında dayanan zibil konteynerinə çırpılıb.
Nəticədə 5-i kişi, 6-sı qadın və bir azyaşlı qız olmaqla, 12 sərnişin həlak olub. Qalan 23 sərnişin xəstəxanaya yerləşdirilib.