16 Yanvar 2015 10:35
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gümrüdə bir ailənin altı üzvünün qətlində şübhəli bilinən Valeri Permyakovun erməni tərəfinə verilməsi ilə bağlı Ermənistanda aksiyalar toqquşmalarla nəticələnib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, insident zamanı 5-i polis olmaqla 14 nəfər yaralanıb. Rəsmilər toqquşmalar zamanı 13 nəfərin həbs edildiyini bildiriblər. Axtarışlar zamanı saxlanılan şəxslərdən iksinin üzərindən silah aşkar edilib.

Hazırda şəhərdə vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, yanvarın 12-də baş verən hadisə zamanı Avetisyan ailəsinin öldürülən 6 üzvü sabah dəfn olunacaq. Rusiyanın 102-ci hərbi bazasının əsgəri Permyakov isə artıq hərbi düşərgəyə təhvil verilib.

Samir


Müəllif: