Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Videogörüntü vasitəsilə mərasimə qoşulan V.Putin Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.
Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti İlham Əliyev ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.
V.Putin vurğulayıb ki, tərəfdaşlar da “Şimal-Cənub” dəhlizinin reallaşması üçün böyük işlər görürlər.