BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 19-da Misirə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Onun sözlərinə görə, baş katib Misirin paytaxtı Qahirəyə səfəri zamanı Misir rəhbərliyinin nümayəndələri, o cümlədən prezident Əbdülfəttah əs-Sisi və digər rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.
BMT rəsmisi Quterreş Misirdə humanitar yardım üçün Qəzza zolağına çıxış məsələsini də gündəmə gətirəcək.