18 Oktyabr 2023 13:35
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır”.

Teleqraf.com xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

“Bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır. HƏMAS-ın hücumlarında minlərlə insan həlak olub, çoxlu insan girov götürülüb. O qədər dəhşətli şeylər törədiblər ki, bunlar ağlasığmazdır. Amerikalılar sizinlə eyni fikirdədir, narahatdırlar. İsrail özünü müdafiə etmək üçün nə lazımdırsa. edə bilər, bunun olmasını təmin edəcəyik. HƏMAS bütün Fələstin xalqını təmsil etmir, onlara ağrıdan başqa bir şey gətirməyib. Biz günahsız fələstinlilərin həyatını qorumaq və xilas etmək üçün diqqətli olmalıyıq, çünki biz amerikalılar beləyik. İsrail xalqının cəsarəti, qətiyyəti və qəhrəmanlığı həqiqətən də heyrətləndiricidir. Mən burada olmaqdan qürur duyuram”, - ABŞ prezidenti bildirib.

Baydenin Qəzzada Əl-Əhli xəstəxanasının vurulmasına münasibəti belə olub:

“Üzgünəm, görünən budur ki, xəstəxanadakı partlayışı İsrail yox, qarşı tərəf edib. Ancaq çox adam bundan əmin deyil. Daha çox şeyin üzə çıxarılmasına ehtiyac var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər