18 Oktyabr 2023 21:13
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı jurnalist David İqnatius “Vaşinqton Post”da dərc olunan məqaləsində Fələstin-İsrail müharibəsi ilə diqqətçəkən iddialar irəli sürür.

Teleqraf.com xəbər verir ki, İqnatius müharibənin gedişində Qəzzada tunellərin önəmini vurğulayır.

Jurnalist Qəzzanın altında “ikinci Qəzza”nın yerləşdiyini yazır:

“İsrail “ikinci Qəzza”ya girməyə hazırlaşır, bu müharibənin bəlkə də ən təhlükəli və ölümcül mərhələsidir. Qəzzalılar bunu “metro” adlandırırlar. Sözün əsl mənasında HƏMAS-ın müdafiəsi olan bu tunellərdə döyüşçülərlə yanaşı, silah-sursat və digər döyüş materialları da var”.

İqnatius qeyd edir ki, HƏMAS tərəfindən saxlanılan əsirlər və ya girovlar bu tunellərdə ola bilər:

“Netanyahunun dediyi kimi, bu yeraltı komandanlıq mərkəzlərini ələ keçirmədən HƏMAS-ı məğlub etmək olmaz. Bu yeraltı labirintlərə 200-ə qədər əsir yerləşdirilə bilər. Həm əsirləri xilas etməyə, həm də HƏMAS-ın kökünü kəsməyə çalışmaq İsrail ordusu üçün böyük sınaq olacaq”.

Jurnalist İsrailin hazırladığı xüsusi hərbi birləşmə ilə tunellərə hücum etməyə hazırlaşdığını bildirir:

“Bu müharibənin ən çətin döyüşləri pərdə arxasında, çoxumuzun təsəvvür belə edə bilmədiyi şəraitdə baş verəcək. Nəticə isə o mağaranın dərinliklərində baş verənlərdən asılı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər