19 Oktyabr 2023 12:28
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin-İsrail münaqişəsinin regional konfliktə çevrilməsi riski kifayət qədər yüksəkdir, Rusiya hər şeyi İranın üzərinə atmaq cəhdlərini təxribat hesab edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qəzza zolağına gəlincə, bu böhranın region miqyasında münaqişəyə çevrilməsi riski kifayət qədər ciddidir. Biz hər şeyi İranın üzərinə atmaq cəhdlərini müşahidə edirik və bunu təxribat hesab edirik. Hesab edirəm ki, İran rəhbərliyi kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur və bu münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır”, - Lavrov bildirib.

Rusiyalı nazir qeyd edib ki, fələstinlilər, ərəb və israilli həmkarları ilə təmaslarda bunu dilə gətirdiklərini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər