19 Oktyabr 2023 13:17
5 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Rişi Sunak Təl-Əvivdə Fələstinlə müharibədə İsrailə qeyd-şərtsiz dəstəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Sunak gərginlik zamanı ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Olaf Şolzdan sonra İsrailə həmrəylik səfəri edən üçüncü lider olub.

“İlk növbədə, mən İsrail xalqı ilə həmrəyliyi ifadə etmək üçün buradayam. Siz dəhşətli terror hücumundan salamat çıxdınız, bilmənizi istəyirəm ki, Böyük Britaniya və mən sizin tərəfinizdəyik”, - Sunak bildirib.

Britaniya baş naziri İsrailə Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi ilə gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər