20 Oktyabr 2023 16:36
9 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-də Misirin paytaxtı Qahirədə Beynəlxalq Qəzza Sülh Sammiti keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Misirin “Əl-Masri Əl-Youm” nəşri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirak edəcəyini yazıb.

Məsələ ilə Türkiyədən heç bir rəsmi açıqlama verilməyib.

Sammitə Türkiyə lideri ilə yanaşı, BMT baş katibi, Qətər, Yunanıstan, Fələstin, BƏƏ, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, İtaliya və Cənubi Kipr liderlərinin də qatılacağı bildirilib.

Sülh sammiti bundan əvvəl planlaşdırılmış ABŞ – Misir - Fələstin-İordaniya dördtərəfli görüşünün ləğvindən sonra qəbul edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər