20 Oktyabr 2023 19:42
18 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçüncü Dünya Müharibəsi 2008-ci ildə başlayıb, hazırda şiddətli mərhələdədir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Üçüncü Dünya Müharibəsi 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və ərazinin bir hissəsini ələ keçirməsi ilə başladı. Eyni hal 2014-cü ilin fevralında təkrarlandı. Sadəcə o zaman “soyuq vəziyyət”də idi, sonra aktiv mərhələyə qədəm qoydu. Ötən il fevralın 24-də isə şiddətli fazaya daxil oldu. İndi İsrail ərazisində və digər ölkələrin ərazisində baş verənlər bunun nəticələridir. Əminəm ki, bu, yaxın gələcəkdə müşahidə edəcəyimiz sonuncu müharibə deyil. Dünya hərəkətə keçib. İndi çox şey bu məsələyə nə qədər tez son qoymaqdan asılı olacaq”, - Danilov bildirib.

O vurğulayıb ki, indi dünyanın buna adekvat reaksiya verməsi çox vacibdir:

“Hesab edirəm, ABŞ da daxil olmaqla məsuliyyətli siyasətçilər başa düşürlər ki, buna mümkün qədər tez son qoymaq lazımdır. Birdəfəlik və həmişəlik”.

Danilovun fikrincə, Gürcüstan və Moldova Ukraynada müharibə davam edərkən öz ərazilərini azad etməyə başlasalar, hər üç münaqişə tez həll edilə bilər:

“Mən hələ bizə təcavüz başlayanda demişdim ki, gürcülər və moldovanlar öz ərazilərini rus işğalçılarından azad etməyə başlasalar, onda biz bu məsələni daha tez həll edərik. Amma bu, onların hökumətlərinin qərarıdır. Onlar inanırlar ki, bizim köməyimizlə, yəni biz rusları məğlub edəndə onlar da öz ərazilərini çox tez azad edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər