Türkiyə heç bir ilkin şərt olmadan tezliklə atəşkəs və Qəzza zolağının əhalisinə daimi yardımın tərəfdarıdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin üzrə Qahirə sülh sammitində çıxışı zamanı deyib.
"Fələstindəki vəziyyət həmişə faciə olub. İndi bu, qırğına çevrilir. Qəzza xalqının bu cür əzablara məruz qalması üçün heç bir səbəb və bəraət ola bilməz. Türkiyə heç bir ilkin şərt olmadan atəşkəs və Qəzza zolağının əhalisinə daimi yardım göstərilməsinin tərəfdarıdır”, - Hakan Fidan vurğulayıb.