İsrailin Baş Təhlükəsizlik Xidməti və MOSSAD kəşfiyyat xidməti oktyabrın 7-də yəhudi dövlətinə hücumda iştirak edən HƏMAS yaraqlılarını izləmək və məhv etmək vəzifəsi daşıyan xüsusi əməliyyat mərkəzi yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Times of Israel" xəbər verib.
Nəşr vurğulayıb ki, yeni komanda mərkəzinin vəzifəsi İsrailə qəfil hücumda iştirak edən və böyük əksəriyyəti mülki şəxslər olan təxminən 1,4 min nəfərin ölümünə səbəb olan HƏMAS-ın “Nuxba” bölməsinin bütün yaraqlılarının müəyyənləşdirilərək məhv etmək olacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və qısa zamanda bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatına başlayıb.