22 Oktyabr 2023 16:53
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağının HƏMAS partiyasının hərbi qanadının hücumu nəticəsində 212 nəfər girov götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Hagari açıqlayıb.

Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.

İsrail Müdafiə Qüvvələri daha əvvəl HƏMAS-ın 200-dən çox adamı girov götürdüyünü bildirmişdi.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. İsrailin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər