23 Oktyabr 2023 09:58
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda döyüş mövqeyində raket sistemini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.

İsrail hərbçiləri sistemin Şlomi şəhərinə zərbə endirməyə hazırlaşdığını təsbit etdikdən sonra bu addımı atıblar. Məhv edilən tank əleyhinə raket sisteminin “Hizbullah” terror təşkilatına aid olduğu bildirilir.

İsrail ordusu "Hizbullah"ın Livanın cənubundakı bir sıra digər obyektlərinə, o cümlədən hərbi birləşmə və müşahidə məntəqəsinə zərbələr endirib. Təyyarə zərbələri nəticəsində bir sıra hədəflər, o cümlədən silah-sursatlar məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər