23 Oktyabr 2023 23:09
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin radikal HƏMAS hərəkatının yaraqlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Misir və Qətərin vasitəçiliyi ilə İsrailə hücum zamanı girov götürülən daha iki nəfərin azad edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qrupun nümayəndəsi Əbu Ubeydənin HƏMAS-ın “Telegram” kanalında yayımlanan bəyanatda deyilir.

Bildirilir ki, Nurit İtsxak və Yoxved Lifşits humanitar səbəblərə görə azad ediliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər