24 Oktyabr 2023 23:24
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-ya üzv ölkələrin tədarükünü tükəndirib”.

Teleqraf.com xəbər verir ki, bunu İsveçdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq bu ölkənin Baş naziri Ulf Kristerssonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, alyansa üzv ölkələr müdafiələrini təmin etmək üçün istehsalı artırmalıdırlar: “NATO ölkələrinin təhlükəsizliyi texnoloji üstünlüklərdən və müdafiə sənayesindən asılıdır. İstehsalın artırılması Ukraynanın ehtiyaclarını ödəmək və öz müdafiəmizi təmin etmək üçün lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər