24 Oktyabr 2023 21:42
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, toplantının əsas mövzusu Yaxın Şərqdəki vəziyyət, o cümlədən regionda davam edən müharibədir.

Bildirilib ki, toplantı açıq debat formasındadır.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər