Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrın 25-26-da Türkiyədə olacaq.
Teleqraf.com xəbər verir ki, bu, Berdiməhəmmədovun seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəridir.
Səfər zamanı Türkmənistan lideri Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də cari gəlişmələr barədə fikir mübadiləsi aparılacaq.