25 Oktyabr 2023 23:58
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Avdiv istiqamətində hücumlarının intensivliyi bir qədər azalıb”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu bəzi yerlərdə möhkəmliyinə və cəsarətinə baxmayaraq, Rusiyanın çoxlu sayda qüvvəsinin olması səbəbindən geri çəkilməyə məcbur olur:

“Bəzi yerlərdə çox üstün olan düşmən qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur olurlar. Bu, nisbət 1-dən 10-a və ya daha çox olduqda baş verir”.

İtkilərdən asılı olmayaraq, Rusiya qoşunlarını Avdiv istiqamətində cəmləməyə davam edir. Rus ordusu hazırda Stepove qəsəbəsi yaxınlığındakı dəmir yolunu nəzarətə götürməyə çalışır.

“Oktyabrın 10-u ilə müqayisə etsək, intensivlik bir qədər azalıb, amma düşmən qəsəbəyə və dəmir yoluna nəzarəti ələ keçirmək cəhdlərini davam etdirir”, - hərbi ekspert əlavə edib.

Qrabski rusların Stepove qəsəbəsində möhkəmlənməyə çalışdıqlarını söyləyib:

“Vəziyyət belədir, döyüşlər davam edir. Düşmən təzyiq edir, biz də onu bacardığımız yerdə saxlayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər