“ABŞ İsrail, nə də Qəzzaya qoşun yeridəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın I vitse-prezidenti Kamala Harris deyib.
“Bizim qətiyyən belə bir niyyətimiz yoxdur, nə İsrail, nə də Qəzzaya qoşun göndərmək planımız var”, - ABŞ rəsmisi bildirib.
Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi də bundan əvvəl belə bir açıqlama vermişdi.
Keçən həftə ABŞ İsrailə hərbi məsləhətçilərini göndərib. Eləcə də Amerikanın Aralıq dənizində - İsrail sahilləri yaxınlığında iki dəniz gəmisi qrupu yerəşdirilib. Vaşinqtondan bildirilib ki, bu qruplar İran və “Hizbullah”ı müharibəyə girmək cəhdindən çəkindirmək məqsədi daşıyır. ABŞ həmçinin bölgədəki 2000 hərbçidən ibarət çevik reaksiya qüvvəsini hazır vəziyyətə gətirib.