ABŞ Senatının Təsisatlar Komitəsinin Bayden administrasiyasının milli təhlükəsizlik üçün əlavə 106 milyard dollar tələbi ilə bağlı dinləmələrində dövlət katibi Entoni Blinken ölkəsindən yardım alan dövlətlərdən danışıb.
Teleqraf.com xəbər verir ki, dövlət katibi həmin ölkələrdən birinin Ermənistan olduğunu bildirib.
Onun sözlərinə görə, bu ayırma ABŞ-a kritik humanitar ehtiyacları, həmçinin Ukrayna, Qəzza (Fələstin), Sudan, Ermənistan və dünyanın başqa yerlərində münaqişələr və təbii fəlakətləri həll etməyə imkan verəcək.
“Ərzaq, su, dərman və digər zəruri humanitar yardımlar Qəzzaya maneəsiz çatmalıdır. Mülki insanlar təhlükədən uzaq durmalıdırlar. Bu problem HƏMAS-ın mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi ilə daha da mürəkkəbləşir. Humanitar atəşkəs məsələsinə baxmaq lazımdır”, - Blinken qeyd edib.
Dövlət katibi həmçinin vurğulayıb ki, İsrail-Fələstin münaqişəsi zamanı Qəzzaya davamlı humanitar yardım axını olmadığı halda, gərginliyin artması ehtimalı var.