Böyük Britaniya vətəndaşlarının ilk qrupu Qəzzanı tərk edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "X" hesabında bildirib.
"Britaniya vətəndaşlarından ibarət ilk qrup Qəzzanı tərk edib. Bu çox vacib ilk addımdır. Keçidin açıq qalmasını təmin etmək üçün Misir və İsrail səlahiyyətliləri ilə işləyirik ki, Britaniyanın oradakı bütün vətəndaşları yaxın günlərdə təhlükəsiz əraziyə gedə bilsinlər", - Kleverli qeyd edib.