3 Noyabr 2023 22:16
3 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İraqda dəstəklədiyi terrorçu qruplaşmaların koalisiyası olan “İslam Müqaviməti” Hərəkatı gələn həftədən etibarən ABŞ-ın bölgədəki hərbi bazalarına qarşı əməliyyatların daha intensiv və geniş mərhələsinə başlayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Bu, Fələstindəki xalqımıza dəstək və davam edən İsrail-HƏMAS müharibəsində şəhid olanların qisasını almaq üçündür”, - açıqlamada deyilir.

Nəşr terrorçu qruplaşmanın İranın təlimatı ilə hərəkətə keçdiklərini istisna etmir.

Qruplaşma son həftələrdə ABŞ-ın İraq və Suriyadakı bazalarına silsilə hücumlar həyata keçirib. Bu hücumlardan bəzilərində amerikalı hərbçilər yaralanıb.

ABŞ Müdafiə Nazirliyi bundan əvvəl İraq və Suriyadakı bazalarına 27 raket və dron hücumu edildiyini, Amerikanın yerlərdəki mövqelərini gücləndirmək üçün Yaxın Şərqə əlavə 300 hərbçi yerləşdirdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər