Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak qərarı ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin hələlik bununla bağlı heç bir açıqlama verməyib. Kampaniya isə hələ rəsmi olaraq elan edilməyib”, - Peskov bildirib.
“Röyter” agentliyi bundan əvvəl öz mənbələrinə istinadla iddia etmişdi ki, Putin artıq 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlib.