6 Noyabr 2023 19:38
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə HƏMAS-İsrail münaqişəsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken "X" hesabında yazıb.

"Türkiyənin xarici işlər naziri Fidan ilə HƏMAS-İsrail münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyəti müzakirə edildi", - paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər