Qəzza zolağında yaşayan əhalinin 70 faizi İsrailin hücumları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.
Teleqraf.com xəbər verir ki, bunu Qəzza Hökuməti Media İdarəsinin rəhbəri Selame Maruf deyib.
O qeyd edib ki, əhalinin təxminən 2 faizi ölüm və ya yaralanma şəklində İsrail hücumlarına məruz qalıb: “İsrailin hücumları başladığı gündən Qəzzada xəstəxanalar hər dəqiqə bir yaralı, hər saatda 15 şəhid qəbul edir. Hər saat ortalama 6-sı uşaq və 5-i qadın olmaqla çox sayda yaralı xəstəxanaya gətirilir. Şəhərdəki xəstəxanaların yarısının və ilk yardım mərkəzlərinin 62 faizi xidmətdən çıxıb və fəaliyyətini dayandırıb.
Maruf indiyədək Qəzzaya 30 min ton partlayıcı atıldığını deyib: “Hər 1 kilometrə 82 ton partlayıcı düşür. Hücumlar nəticəsində şəhərdəki məktəblərin 33 faizi zərər görüb, təxminən 9 faizi xidmətdən çıxıb, məscidlərin 14 faizi zədələnib, 5 faizi isə tamamilə dağıdılıb”.