"Terror təşkilatı İŞİD-lə mübarizədə İraqın yanındayıq. İraqın təhlükəsizlik güclərinə dəstək verməyə hazırıq".
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız çıxış edib.
O, bu fikirləri Türkiyə-İraq Müştərək İqtisadi Komissiyasının 17-ci iclasından sonra İraq Xarici işlər Naziri İbrahim əl-Cəfəri ilə birgə keçirilən ortaq mətbuat konfransında söyləyib.
O, Türkiyənin İraqa hərtərəfli humanitar yardım göstərən ən yaxın ölkə olduğunu vurğulayıb.
Nail Cəlil