10 Noyabr 2023 08:33
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Rumıniyaya 2,53 milyard dollar dəyərində 54 ədəd “M1A2 Abrams” tankı və avadanlığının mümkün satışını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, bu barədə bildiriş ABŞ Konqresinə təqdim edilib. Qeyd olunur ki, Amerika tanklarının Buxarestə mümkün satışı Rumıniyanın cari və gələcək təhdidlərə cavab vermək imkanlarını gücləndirəcək. Eyni zamanda, Pentaqon iddia edir ki, tankların satışı bölgədəki güc balansını dəyişməyəcək.

Qeyd edək ki, Rumıniyanın Milli Müdafiə Nazirliyi aprel ayında 54 ədəd modernləşdirilmiş “Abrams” tankının alınması üçün parlamentdən ilkin razılıq tələb etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər