11 Noyabr 2023 17:40
2 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının fövqəladə birgə zirvə toplantısına qatılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri Səudiyyə Ərəbistanına keçirilən zirvədə Qəzzadakı son durum barədə danışıb.

Prezident Ərdoğanın çıxışından diqqətçəkən məqamlar:

- 36 gündür mülki əhali birbaşa hədəfə alınır. Qəzzada xəstəxanalar, məktəblər və qaçqın düşərgələri bombalanır, dinc əhali kütləvi şəkildə qətlə yetirilir, tarixdə görünməmiş barbarlıqla üz-üzəyik.

- Birinci prioritetimiz atəşkəs və humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməkdir. Təcili olan bir neçə saatlıq fasilə deyil, daimi atəşkəsdir. Qəzzada təcili ehtiyac olan yerlərə, xüsusilə də xəstəxanalara yanacaq çatdırılması həyati əhəmiyyət kəsb edir.

- Hər zaman insan hüquq və azadlıqlarından danışan Qərb ölkələrinin Fələstində davam edən qırğınlar qarşısında susması utancvericidir. Bütün dövlət liderləri “Charlie Hebdo” hadisələri zamanı yürüş edərkən, Fələstində 12 mindən çox insan ölür, amma heç biri barmağını tərpətmir. Bu, sadəcə acizlik yox, həm də qorxaqlıq və vicdansızlıqdır. Zülm qarşısında susanlar da zalımlar qədər tökülən qanlara şərikdirlər. ABŞ və Qərb ölkələri guya müdafiə etdikləri dəyərləri İsrail rəhbərliyinin ambisiyalarına qurban verdilər.

- İsrail nazirlərinin mövcudluğunu etiraf etdiyi nüvə silahı məsələsi araşdırılmalı, beynəlxalq nəzarətdən çıxarılan nüvə bombaları varsa, üzə çıxarılmalıdır. Belə bir məsələnin diqqətdən kənarda qalmasına yol verilməməlidir.

- İsrail rəhbərliyi vurduğu zərəri ödəməlidir. Bu baş verənə qədər biz İslam dünyası olaraq Fələstinli qardaşlarımızı köməksiz qoya bilmərik.

- Hesab edirik ki, Qəzzanın yenidən qurulması üçün İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fond yaradılmalıdır. Türkiyə olaraq Qəzzanın inşasına və dirçəldilməsinə hər cür dəstəyi verəcəyik.

- Nə qədər ki, Fələstin məsələsi diqqətdən kənarda qalıb, regionda normallaşma cəhdləri uğursuzluğa məhkumdur. Fələstin dövləti 1967-ci il sərhədləri daxilində suveren və coğrafi sərhədlərlə, paytaxtı Şərqi Qüds olmaqla qurulmalıdır.

- Görünür, fələstinli qardaşlarımıza zəmanət vermək üçün yeni mexanizmlərə ehtiyac var. Bu kontekstdə biz bərqərar olacaq sülhün qorunub saxlanması üçün təminat da daxil olmaqla, lazımi səyləri göstərməyə hazırıq.

- Qüds bizim "qırmızı xətt"imizdir. Sülh şəhəri kimi tanınan Qüdsün və bütün Fələstin torpaqlarının əvvəlki günlərinə qayıtmasını arzulayırıq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər