Bu gün Çeçenistanın paytaxtı Qroznıda və Rusiyanın bir sıra digər bölgələrində İslam peyğəmbərinin təhqir olunmasına qarşı kütləvi etiraz aksiyaları keçiriləcək.
Çeçenlərin siyasi lideri Ramzan Kadırov təkcə Qroznıda 100 minlərlə insanın etiraz nümayişinə çıxacağını bildirib.
Kadırov bu barədə özünün İnstragram səhifəsində yazıb. Çeçenistanın başçısı Məhəmməd peyğəmbərin istənilən formada təhqir edilməsinin qəbulolunmaz, yolverilməz olduğunu vurğulayıb.
Maraqlıdır ki, o, Parisdə satirik jurnalın gülləbaran edilməsinə görə, “Charlie Hebdo”nun naşirlərinin məsuliyyət daşıdığını bildirib: “Özləri belə istədilər”.
Nail Cəlil