İsrail ordusu İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinərək axtarışda olan 33 fələstinlini saxlayıb, onlardan 20-si HƏMAS hərəkatının tərəfdarıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Gecə İudeya və Samariyada təhlükəsizlik qüvvələri axtarışda olan 33 şəxsi saxlayıb, onlardan 20-si HƏMAS terror təşkilatının tərəfdarıdır”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin verdiyi məlumata görə, ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1 750 fələstinlini, o cümlədən 1 050 HƏMAS tərəfdarını saxlayıblar